Qadın evlənmək məqsədiylə xərçəng xəstəliyinə tutuldu.

12 Aprel 2012 17:42 (UTC+04:00)

Amerika vətəndaşı olan qadın hal-hazırda məhkəmə qarşısındadır. Qeyd edək ki, o toyuna pul yığmaq məqsədiylə xərçəng olduğunu bildirmişdi. İndi onu fılırdaqçılıqda ittiham edirlər.

 Qadın həbs edilib. Qeyd edək ki, indi onu dörd ilədək həbs cəzası gözləyir.

2011-ci ilin may ayında Cesika Veqa onun ömrünə bir neçə ay qaldığını və tezliklə evlənmək istədiyini bildirmişdi.

Nyu-York şəhərinin General Prokuroru qeyd edib ki, gənc qadın min dollar alıb,  onuda evlənmək və bal ayı üçün xərcləyib. Bundan da, əlavə gəlinlik mağazası və evliliyin qeyd edildiyi restoranda qadına yazığları gəldiyindən, ona güzəşt ediblər.

Qeyd edək ki, Cesikanın keşmiş həyat yoldaşı bu yaxınlarda mediaya açıqlama verib. Onun sözlərinə görə, o həyat yoldaşının bu haqda yalan dediyini bilmirdi. Evlilikdən dörd ay sonra bunu bilən, həyat yoldaşı Cesikadan ayrılmaq qərarına gəlir.

Məhkəmə qarşısında isə Cesika özünü təxsirli bilmədiyini iddia edib.

 

Türkan Nadirqızı