Azərbaycanda qadın məhbus cəzaçəkmə müəssisəsində intihar edib

28 Avqust 2012 15:27 (UTC+04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində intihar hadisəsi baş verib.

Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, müəssisədə cəza çəkən Əliyeva Naibə Qəzənfər qızı bu gün səhər saatlarında özünü yataqxanada asaraq intihar edib. 

Hazırda prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparırlar.