Bu günə gözlənilən hava şəraiti

29 Avqust 2012 11:17 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında avqustun 29-da hava şəraitinin az buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 20-25, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir. 
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə avqustun 29-da hava əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı, lakin axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 29-34 dərəcə isti olacaq.
Avqustun 29-da ölkə ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.