Qazaxıstan xarici işlər nazirinin Azərbaycana səfəri planlaşdırılır

29 Avqust 2012 13:32 (UTC+04:00)
Bu ilin sonuna qədər Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanovun Azərbaycana səfəri planlaşdırılıb.APA-nın xəbərinə görə, Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov hazırda səfərin vaxtının və proqramının razılaşdırıldığını söyləyib.
Səfir noyabrın 19-20-də Azərbaycanda Qazaxıstan Mədəniyyət Günlərinin keçiriləcəyini də bildirib.