Azərbaycanda 40 vaqon hərraca çıxarıldı

29 Avqust 2012 16:30 (UTC+04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi vaqon hərraca çıxaracaq. Lent.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 25-də 40 ədəd istismar müddəti bitmiş refrijerator vaqonları (avadanlıqsız) hərraca çıxarılacaq.

Hərraca çıxarılacaq vaqonlar 1980-1981-ci illərdə istehsal olunub və qiymətləri 475-485 manat arasında dəyişir.