Azərbaycanla bağlı hesabatı sentyabrda müzakirəyə çıxarılacaq

29 Avqust 2012 18:07 (UTC+04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Debono Qrex və Pedro Aqramunt Azərbaycanın AŞ qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətinə dair hesabat hazırlayıblar.
Bu barədə APA-ya həmməruzəçi D. Qrex məlumat verib. O bildirib ki, hesabat Monitorinq Komitəsinin sentyabr ayında Parisdə keçiriləcək iclasında müzakirə olunacaq və daha sonra AŞPA-nın oktyabrda keçiriləcək payız sessiyasında təqdim ediləcək.