“Polad Ələmdara deyin, Bəşəri öldürsün”

29 Avqust 2012 20:16 (UTC+04:00)

Suriyadakı qanlı münaqişə üzündən təkcə Türkiyəyə yox, qonşu ölkələrə o, cümlədən Livana minlərlə insan köçür. Çadır düşərgələrə sığınanlar arasında isə uşaqlar daha çoxdur.

Bu günlərdə Livandakı çadır düşərgələrinin birində olan türkiyəli jurnalistlərdən 13 yaşlı suriyalı qaçqın uşaq maraqlı xahiş edib. Lent.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, 13 yaşlı Saleh Sami jurnalistlərə "Polad Ələmdara sözüm var" deyə, müraciət edərək bunları söyləyib: "Siz Polad abiyə deyin ki, Abdulheyi və Mematini də götürüb, Suriyaya getsin. Bəşər Əsədi tapıb öldürsün. Biz də xilas olaq".
Jurnalistlər uşağın arzusunu yerinə yetirəcəklərinə söz veriblər. Bundan sonrasını Şaşmaz qardaşları bilər…