Xəzərin hüquqi statusuna dair novbəti danışıqlar sentyabrın 26-27-də Aşqabadda keçiriləcək

29 Avqust 2012 20:41 (UTC+04:00)
Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə xüsusi işçi qrupun Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində növbəti toplantısı sentyabrın 26-27-də Aşqabad şəhərində keçiriləcək.
Bu barədəAPA-ya Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov məlumat verib. O bildirib ki, hazırda Xəzəryanı ölkələrin dövlət başçılarının 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş sammitinin qərarlarının icrası ilə bağlı ölkələrin balıq təsərrüfatları nümayəndələrinin görüşünə hazırlıq gedir: "Bakı sammitində bütün Xəzəryanı dövlətlər dənizin boiresurslarının qorunması və rasional istifadəsi ilə bağlı Türkmənistanın ideyasını dəstəklədilər".