Ərdoğan Azərbaycana gələcək

30 Avqust 2012 11:56 (UTC+04:00)

Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək. Sentyabrın 11-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısı keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib. Toplantıya Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik edəcək.