ABŞ fəlakət qarşısında

30 Avqust 2012 12:28 (UTC+04:00)

"İsaak" ölkə ərazisinə çatıb, dambalar dözmür...

Güclü külək və leysan yağışla müşahidə olunan Tropik "İsaak" qasırğası ABŞ-a çatıb.
Lent.az-ın "mignews.com" saytına istinadən verdiyi məlumata görə, hazırda qasırğanın təsirinə ən çox məruz qalan ştat Yeni Orleandır. Küləyin sürəti saatda 130 kilometrə çatır. Luizianada fövqəladə vəziyyət elan olunub. Dambalar artıq yığılan su həcminə dözmür, bölgə güclü subasma təhlükəsi ilə üzləşib. ABŞ prezidenti Barak Obama deyib ki, əhali hakimiyyətin qasırğa ilə bağlı xəbərdarlığına ciddi yanaşmalıdır. ABŞ hökuməti Luiziana, Missisipi və Alabama ştatlarında əhalini evakuasiya edir. Əhali 7 il əvvəl 1800 insanın həyatına son qoymuş "Katrina" qasırğası fəlakətinin yenidən təkrarlanacağından qorxur.