Xəstə yanına gələn kişi xəstəxanada öldü
30 Avqust 2012 13:12 (UTC+04:00)
Avqustun 29-da Bakı şəhərinin
Yasamal rayonu ərazisində yerləşən xəstəxanada ölüm hadisəsi baş
verib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata
görə, Respublika Kliniki Xəstəxanasının həyətində, Abşeron rayon
Saray qəsəbəsi sakini, 1942-ci il təvəllüdlü Xəlilov Xanverdi
Əlimərdan oğlu ölüb.
Məlumata görə, 70 yaşlı kişi
xəstəxanada müalicə olunan qohumunu görməyə gəlibmiş. Onun hansı
səbəbdən ölməsi araşdırılır.