Azərbaycan alimi Harvard Universitetinə gedir...

30 Avqust 2012 13:57 (UTC+04:00)

İlahiyyatçı alimimiz Nəriman Qasımoğlu ABŞ-ın Harvard Universitetinə dəvət edilib.

Nəriman Qasımoğlu Lent.az-a açıqlamasında deyib ki, o, Harvard Universitetində 1 il müddətində elmi-tədqiqat işləri ilə məşğul olacaq.

İlahiyyatçı alim həm də Harvard Universitetinin tələbələrinə din və dövlət münasibətləri, ekoteologiya mövzusunda mühazirələr oxuyacaq.