Maştağanın sabiq icra nümayəndəsi 5 il müddətinə azadlıqdan məhrum edilib

30 Avqust 2012 16:09 (UTC+04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində Maştağa qəsəbəsinin sabiq icra nümayəndəsi Arzu Hadıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. Hadıyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Bakının Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə icra nümayəndəliyində əməliyyat keçirib. Əməliyyat nəticəsində Maştağa qəsəbəsi üzrə icra nümayəndəsi Arzu Hadıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rüşvət faktı ilə əlaqədar saxlanılıb. A. Hadıyev Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.