Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Suriya xarici işlər naziri ilə görüşüb

30 Avqust 2012 18:56 (UTC+04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində Suriya tərəfinin təşəbbüsü əsasında bu ölkənin xarici işlər naziri Valid əl-Muallem ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı qeyr-daimi üzvlüyü ilə bağlı fikir mübadiləsi aparılıb, hər iki ölkənin suverenliyi və ərazi bütövlüyü ilə bağlı qarşılıqlı dəstək ifadə olunub.
E. Məmmədyarov tərəfindən Azərbaycanın Yaxın Şərqdəki, o cümlədən Suriyadakı proseslərlə bağlı mövqeyi bir daha səsləndirilib.