Bu gün Bakı şəhərinin Qaradağ rayonu
ərazisində qatarla sərnişin avtobusunun toqquşması nəticəsində baş
vermiş dəhşətli qəzada ölən və yaralananlardan bəzilərinin adları
müəyyənləşib.Qəza zamanı yaralananlar bunlardır:
Məmmədova Gülnarə Tofiq – 1974
Baxışova Həmidə Baxış – 1991
Poladov Tamerlan – 1985
Ağayev Füzuli Əliağa – 1979
Məmmədova Lütfiyyə Kamil – 1973
Babayev Xanbala Mayıl – 1957
Salahov İlqar – 1971
Behbudov Mehman Vəli 1996
Kərimov Cavad Rauf – 1992
Əliyev Yunis Əli – 1950
Nəcəfquliyeva Hənifə Nəcəf - 1962
Xaliqov Rəvvaq Cavad – 1967
İsmayılova Gülnaz Həmdulla - 1964
Musayev Həmid – 1983
Ağayev Məhəmməd Xasay – 1986
Miriyeva Gülnar Atamoğlan – 1959
Eyyubov Röyal Yunis – 1982
Kərimov Emin Rauf – 1996
Babayeva İradə Əbdülhəmid – 1978
Salahova Fəridə - 1980
Cəfərov Rəşad Rauf – 1998
Ağayev Fərid Ağaəli – 1986 --- SÜRÜCÜ
Hacıyev Elşad – 1991
Şirəliyev Tural – 1990
Namazov Anar Ramiz – 1986
Kərimov Əhliman Cəlaləddin – 1987
Talıbova Sevda Qabil – 1950
Zeynalov Mehman Oqtay – 1990
Məmmədov Səbuhi Böyükağa – 1972
Hacıyeva Günel Məmməd – 1975
Səlimova A.
Xarici ölkə vətəndaşı (naməlum)
Kliniki Tibbi Mərkəzdən bildirilib ki, gətirilmiş yaralılardan
3-nün həyatını xilas etmək mümkün olmayıb. Onların 3-ü də kişidir.
Hazırda şəxsiyyətləri müəyyənləşdirilir.
Yaralılar arasında olan 1986-cı il təvəllüdlü Ağayev Fərid Ağaəli
oğlu yaralı vəziyyətdə hadisə yerindən uzaqlaşsa da tutularaq
xəstəxanaya gətirilib.
Qeyd edək ki, ilkin məlumata görə, hadisə yerində 7 nəfər ölüb.
Daha 3 nəfər isə xəstəxanada dünyasını dəyişib.
Qəza nəticəsində ölənlərin sayının artacağı istisna
deyil.
Dəhşətli qəzada ölənlərin sayı 10-a çatdı
Bu gün Bakı şəhərinin Qaradağ
rayonunda baş vermiş dəhşətli qəza nəticəsində yaralananlardan 9-u
Travmatologiya İnstitutuna yerləşdirilib. Bakı şəhər Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata
görə, daha bir yaralı Mərkəzi Neftçilər Xəstəxanasına
yerləşdirilib.
Kliniki Tibbi Mərkəzin Baş həkimi Tərlan Bəbirov bildirib ki,
onların xəstəxanasına 25 yaralı gətirilib. Yaralılardan 10-nun
vəziyyəti ağırdır.
Yaralılardan 3-ün qabırğaları sınıb və onların vəziyyəti daha
ağırdır. 5 nəfər isə ilkin müayinədən sonra ambulator müalicəyə
yazılıb.
Ümumilikdə isə qəza nəticəsində 36 nəfər yaralanıb ki, onlardan 3-ü
xəstəxanada ölüb. Hadisə yerində isə ilkin olaraq 7 nəfərin öldüyü
bildirilir.
Hazırda ölən və yaralananların şəxsiyyətləri
müəyyənləşdirilir.