Gəncədə xeyli miqdarda saxta əsginasın satılmasının qarşısı alınıb
31 Avqust 2012 15:05 (UTC+04:00)
Azərbaycanın Gəncə şəhərində saxta
əsginas satılması faktı aşkarlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına
istinadən verdiyi məlumata görə, Nizami (Gəncə) rayon Polis İdarəsi
və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Gəncə şəhər İdarəsi
əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində avqustun 29-da Gəncə şəhər sakini, əvvəllər
məhkum olunmuş Namiq İmanov, Cahangir Fərzəliyev və Elnur
Xudaverdiyev 100 ədəd 50 manatlıq saxta əsginası 2000 manata
satarkən tutulub. N.İmanovun evinə baxış zamanı saxta əsginasların
hazırlandığı "HP Desget 1050 Print Sean Sopu" markalı skayner də
aşkar edilərək götürülüb.