Bin Ladeni öldürən hərbçi məhkəməyə verilə bilər
31 Avqust 2012 16:46 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Pentaqon Əl-Qaidə lideri
Üsama bin Ladeni öldürən amerikalı dəniz piyadası 37 yaşlı Mott
Bysventə qarşı hüquqi tədbirlər görülüb-görülməyəcəyi məsələsini
nəzərdən keçirdiyini deyir.
Pentagonun baş hüquqşünası bildirib ki, hadisə ilə
əlaqədar "Çətin gün" adlı kitab yazan Mott Bysvent hərbi sirləri
yaymamaqla bağlı razılaşmanı pozub. Belə ki, kitab hər hansı sirrin
yayılıb-yayılmamasını yoxlamaq üçün dövlət agentlikləri tərəfindən
incələnməyib.
Kitabın gələn həftə satışa çıxacağı gözlənilir,
bununla belə, bir neçə nüsxə artıq oxucuların əlinə
düşüb.
"Mark Owen" təxəllüsü ilə yazılmış kitab Əl-Qaidə
liderinin ölümü ilə bağlı prezident Obama administrasiyasının
açıqladığı məlumatdan fərqlənir, belə ki, kitabda mübahisəli bir
məsələyə - 2011-ci ilin mayında Üsəma bin Ladinin
öldürülərkən silahsız olmasına toxunulur.