Apple-i əsəbləşdirəcək araşdırma

31 Avqust 2012 18:09 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Samsung, Apple-ə qarşı ABŞ-da verdiyi patent iddiasını itirdi, bir milyard dollar təzminat ödəməyə məhkum edildi. Bir çox adam, Cənubi Koreya nəhənginin çətin günlər keçirdiyini zənn edə bilər. Ancaq ABŞ-lı elektronik məhsul satan pərakəndəçilərin verdiyi məlumatlar, çox fərqli bir cədvəl ortaya qoyur.

Apple ən böyük rəqibinə patent iddiasıyla böyük bir zərbə vurduğunu düşünsə də, Samsung mobil cihaz bazarında birinci olduğu ABŞ-dakı satışlarında partlama yaşayır. "Qlobal Equities Research" araşdırma şirkətinin müdiri "Trip Çovdrun verdiyi məlumata görə, Samsung Galaxy S III satışları, patent iddiasında çıxan qərarın ardınca daha da artaraq maksimum həddə çatıb. Çovdri, araşdırma daxilində ABŞ-ın oncül pərakəndəçilərininin fikirlərini öyrənib.