17 yaşlı gürcü qızından inanılmaz hərəkət - FOTO

1 Sentyabr 2012 12:24 (UTC+04:00)

17 yaşlı gürcü qız Anna Lominadze əli və ayaqları bağlı halda Dardanel boğazını üzərək keçən ilk qadın kimi tarixə düşüb. 

Lent.az-ın Gürcüstan KİV-ə istinadən verdiyi xəbərə görə, 5500 metr məsafəni 50 dəqiqəyə üzə bilib.
Lominadze bu uğurunu məşqçisi Henri Kupraşviliyə həsr edib. Kupraşvili də 10 il qabaq eyni vəziyyətdə Dardaneli üzüb keçmişdi.