Bu günə gözlənilən hava şəraiti

2 Sentyabr 2012 11:20 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında sentyabrın 02-dəhava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur.
Güclü şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 19-22, gündüz 25-28 dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə sentyabrın 02-dəəsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq.
Sentyabrın 04-dəkAbşeron yarımadasında güclü küləkli hava şəraitinin davam edəcəyi gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.