Meksika Konqresinin andiçməsində gərginlik yaşandı

2 Sentyabr 2012 20:24 (UTC+04:00)

Meksikada yeni seçilmiş Konqresin andiçmə mərasimi gərginliklə yadda qalıb. Paytaxt Mexikoda solçu deputatlar Konqresə etiraz edərək, yeni seçilmiş Pena Nyeto hökumətini seçkilərdə saxtakarlığa yol verməkdə və korrupsiyada ittiham ediblər. Buna cavab olaraq yeni seçilmiş "İnstitut İnqilab Partiyası"nın deputatları Konqresin aşağı palatasında Pena Nyeto hökuməti altında idarəçiliklərinin şəffaf və açıq olacağına vəd veriblər.

Solçu Lopes Obradorun tərəfdarlarının etiraz aksiyasına baxmayaraq, Meksika Konqresinin aşağı palatasının andiçmə mərasimi baş tutub. Meksika prezidenti Felipe Kalderonun baş nazir təyin etdiyi Pena Nyeto isə dekabrın 1-də and içəcək.