J. Nemet Macarıstanın
diplomatik notasını səfirə təqdim edib.
Notada Macarıstan XİN-in R. Səfərovun cəzasının qalan hissəsini
çəkməməsindən narahatlığı ifadə olunub.
Qeyd edək ki, Azərbaycan Prezident Administrasiyasının hüquq
mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dünən
mətbuata yaydığı açıqlamasında qeyd edib ki, məhkum olunmuş
şəxslərin cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi
Avropa Şurası çərçivəsində 1983-cü ildə qəbul edilmiş "Məhkum
olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası ilə
tənzimlənir:" Həmin Konvensiyaya görə, sənədə qoşulmuş ölkənin
ərazisində mühakimə olunmuş şəxs cəzasının qalan hissəsini çəkmək
üçün sənədə qoşulmuş digər ölkəyə verilə bilər. Konvensiya hətta
mühakimə olunmuş şəxsin onun barəsində son məhkəmə hökmü
çıxarılandan sonra təhvil verilməsini də əngəlləmir.
Ramil Səfərovun təhvil verilməsində həm Macarıstan, həm də
Azərbaycan Konvensiyanın tələblərinə tam əməl edib. Azərbaycan
tərəfi hökmün icrasının davam etməsi proseduruna dair bütün lazımi
hüquqi informasiyaları çatdırıb. Təqdim olunmuş informasiyalar
əsasında Macarıstan tərəfi Ramil Səfərovu təhvil verməyə
razılaşıb".
Fuad Ələsgərovun sözlərinə görə, Ramil Səfərovun əfv olunması ilə
bağlı bir məsələni xüsusi vurğulamaq lazımdır ki, Macarıstan
məhkəməsinin çıxardığı hökm yalnız məhkumun hökm çıxarılandan 30 il
müddətində vaxtından əvvəl şərti azadlığa buraxılması imkanlarını
məhdudlaşdırır. Bu məhdudiyyət məhkumun əfv olunması və ya
amnistiyaya salınması imkanlarına aid edilmir.
"Ramil Səfərov, təhvil verilmə haqqında Konvensiya nəzərə alınaraq,
Azərbaycan Konstitusiyası və qanunvericiliyi əsasında əfv edilib.
Konvensiyaya əsasən, hər bir tərəf əfv, amnistiya elan edə və ya
ölkə Konstitusiyası, yaxud digər hüquqi aktlar əsasında məhkumun
cəzasını azalda bilər".
Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasına əsasən, əfv
prezidentin müstəsna hüququdur. Azərbaycanın cinayət
qanunvericiliyinə əsasən, ömürlük həbs cəzasına məhkum edilmiş
şəxslərin cəzası 25 ildən yuxarı olduqda onlar əfv edilə
bilməz.
"Ramil Səfərov 2004-cü ilin 19 fevralından həbsdədir və cəzasının 8
il yarımını çəkib. Bunlar əsas götürülərək, Ramil Səfərov əfv
sərəncamı ilə azadlığa buraxılıb. Odur ki, Macarıstanın Ramil
Səfərovu cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycana təhsil
verməsi proseduru və onun əfv edilməsi "Məhkum olunmuş şəxslərin
verilməsi haqqında" Avropa Konvensiyası və Azərbaycan
Respublikasının qanunvericiliyinə tam uyğundur".