“Ramil Səfərovun 3 milyard avroya Azərbaycana qaytarılması yalandır”

3 Sentyabr 2012 18:23 (UTC+04:00)
"Macarıstan hökuməti Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı məsələdən qorxmur"

"Qafqazinfo"nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Macarıstan baş naziri yanında xarici məsələlər üzrə dövlət katibi Piter Szijjato "M1" telekanalına müsahibəsində bildirib.
"Macarıstan Ramil Səfərovun ekstradisiyasını beynəlxalq hüquq tələblərinə uyğun, Strasburq Konvensiyası çərçivəsində şəffaf şəkildə, heç bir məxfilik olmadan həyata keçirib".
Dövlət katibi Azərbaycan Ordusunun zabitinin 3 milyard avro qarşılığında vətənə qaytarılması iddiasının yalan olduğunu deyib: "Bu, sadəcə insanların uydurduğu xülyadır. Bu cür saziş olmayıb. Əgər Macarıstan hər hansı beynəlxalq razılaşmanı pozsaydı, bu, o zaman əsl qalmaqal olardı".