Azərbaycanlı hakerlər Ermənistan prezidentinin saytını dağıtdılar

3 Sentyabr 2012 19:06 (UTC+04:00)
Azərbaycanlı hakerlər növbəti dəfə erməni saytlarına hücum ediblər. Hakerlərimizin bu dəfəki hədəfi Ermənistan prezidenti Serj Sarkisyan olub. Hakerlərimiz prezidentin rəsmi saytı olan www.president.am saytına hücum ediblər.

"Azerbaijan Defacers" haker qrupu bundan başqa armenpress.am və armtoday.info saytlarına da hücum edib, saytları dağıdıblar.

Qeyd edək ki,bu dəqiqələrdə də president.am saytına daxil olmaq mümkün deyil.