«Yaşıl Yol»un Nəhəng Adamı həyatını İtirdi

4 Sentyabr 2012 14:07 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, "Yaşıl Yol" filmində Jon Koffey rolunu canlandıran nəhəng adam Çaykl Klark Dunkan həyatını itirdi.

54 yaşlı oyunçu infarktdan həyatla vidalaşdı.

MAYKL KLARK DUNKAN KİMDİR?

1957-ci ildə doğulan amerikalı aktyor, 1999-cu ildə istehsal edilmiş "Yaşıl Yol" (The Green Mile) filmi ilə tanınmışdı. Frank Darabontun rejissorluq etdiyi filmdə Tom Hanks ilə baş rol oynayan oyunçu, canlandırdığı "Jon Koffey" xarakteri ilə kino tarixinə düşüb.

Dunkan bundan başqa çoxsaylı filmlərdə aktyorluq edib. "Yaşıl Yol" filmi ilə Hoolivud Film Akademiyasının və Oscar Mükafatlarına namizəd göstərilən Dunkan, uzun boyu və mehriban davranışı ilə yaddaşlarda qalıb.