Ucarda bir qrup əlilə minik avtomobilləri təqdim olunub
4 Sentyabr 2012 15:46 (UTC+04:00)
Ucar rayonunda bir qrup əlilə minik
avtomobilləri təqdim olunub. Rayon İcra
Hakimiyyətindən APA-nın yerli
bürosuna verilən məlumata görə, mərasimdə Ucar rayon İcra
Hakimiyyətinin başçısı Yaşar Məmmədov, millət vəkili Elton Məmmədov
və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumilikdə 9
nəfərə "Lifan" markalı minik avtomobili verilib ki, bunlardan 4
nəfəri Qarabağ müharibəsi, 2 nəfəri Böyük Vətən müharibəsi, 3
nəfəri isə hərbi xidmət əlilidir.
Bu ilin sonuna kimi Ucar rayonunda əlillər üçün 4 mərtəbəli 36
mənzilli binanın tikintisi də planlaşdırılır.