Region gəncləri üçün İdeya Akademiyası qurulur

4 Sentyabr 2012 17:46 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, bu gün Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "Region gənclərinin İdeya Akademiyası" layihəsinin icrasına start verib.

Layihə Azərbaycanın ucqar regionlarından olan gənclərin təşəbbüskarlığının artırılmasını, onlar tərəfindən verilmiş ideyaların layihə və proqramlar şəklində reallaşdırılmasına dəstək verilməsini nəzərdə tutur.

Ağcabədi, Füzuli və Beyləqan rayonlarında icra olunacaq layihə çərçivəsində təlim proqramlarının, ideya yarmarkalarının, praktiki fəaliyyətlərin və digər tədbirlərin keçirilməsi planlaşdırılır. Eyni zamanda region gənclərinin mütəmadi olaraq akiv gənc liderlərlə, gənc deputatlarla, media rəhbərləri və digər tanınmış ictimai xadimlərlə bu layihə müddətində görüşmək imkanı da olacaq. Bu görüşlərdə qonaqların həmin gənclərə verdiyi tövsiyə və fikirlər onlarda yeni ideyaların formalaşmasına təkan verəcək.

Mərkəzdən verilən məlumata görə bu layihə çərçivəsində meydana çıxan ən maraqlı ideya və təkliflər Azərbaycan Gənclər Fondu ilə yanaşı, digər maraqlı qurumlara da təqdim olunacaq.