Yaponiya mübahisəli adaları aldı

5 Sentyabr 2012 12:19 (UTC+04:00)

Yaponiya hökuməti Çinin də iddia etdiyi mübahisəli Senkaku (Dyaoyuydao) adalarını hazırkı sahibindən 26 milyon dollara almaqla bağlı razılıq əldə edib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ağır maliyyə vəziyyətində olan Yaponiya hökuməti Uotsuri, Kitako və Minamika adalarını almaq üçün Ehtiyat Fonddan pul götürüb.

Adaların alqı-satqı prosesinin bu gün yekunlaşacağı gözlənilir. Şərqi Çin dənizində yerləşən Uotsuri, Kitako və Minamika adalarını öz torpağı sayan Çinin məsələyə sərt reaksiya verəcəyi gözlənilir.