İranda həbs olunmuş Azərbaycanlı şairlər Fərid Hüseyn və
Şəhriyar Hacızadə sentyabrın 4-də azad olunublar.
Şəhriyar Hacızadənin atası Hacı Mail AzadlıqRadiosuna faktı
təsdiqləyib:
"Şəhriyar özü mənə zəng vurdu. İran tərəfi uşaqları bizim
konsulluğa təhvil verib. Ya sabah, ya da 4-cü gün Bakıya
gələcəklər".
Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş
Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də, Bakıya qayıtmalı
olduqları gün həbs olunmuşdular. Şairlərin konkret hansı maddələrlə
ittiham olunmaları barədə məlumat verilmirdi.