Lent.az-ın məlumatına
görə, bu gün səhər adıgedən sayt "Səhər" telekanalının müxbiri Anar
Baramlının vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı xəbər
yaymışdı. Qeyd edək ki, Anar Bayramlı Binəqədi rayon məhkəməsi
qərarı ilə 2 il azadlıqdan məhrum edilmişdi. Lakin sonradan
Apellyasiya Məhkəməsinə edilən şikayət ərizəsi verən jurnalistin
cəzası azaldılaraq 1 ilə endirilmişdi.
Məlumatı dəqiqləşdirmək üçün Binəqədi rayon Məhkəməsi və Ədliyyə
Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxladıq. Hər iki
qurumdan Bayramlının həbsdən azad edilməsi ilə bağlı xəbərin doğru
olmadığını bildirdilər.
Jurnalistin vaxtından əvvəl azad edilməsi faktını onun qardaşı
Yaşar Bayramov da təkzib edib. Y.Bayramov "Salamnews"-a deyib: "Mən
Anarın buraxıldığını mətbuatdan oxudum. Amma bu, belə deyil. Anar
buraxılmayıb və yayılan məlumatlar həqiqəti əks
etdirmir".
Binəqədi Rayon Məhkəməsindən APA-ya bildirilib ki, Anar Bayramlının
vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətinə baxılıb.
Amma A. Bayramlının müraciəti təmin olunmayıb.