Çində şalvar göydələn - FOTO

5 Sentyabr 2012 16:10 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Çinin ən gözəgəlimli strukturlarından biri olaraq göstərilən "Gate of the East", şalvara bənzədilir. Çinlilərə görə, Pekindəki Phoenix Beynəlxalq Media Mərkəzi isə pudinqi xatırladır.

Çinin müasir arxitektura nümunələri və yeni tikintilər çinlilərin fərqli bənzətmələrinə məruz qalıb"Gate of the East" şalvara, Phoenix Beynəlxalq Media Mərkəzi isə pudinqə bənzədilir.

Çinin Suzou şəhərindəki İngilis memarının imza atdığı 74 mərtəbəli "Gate to the East" 445 milyon sterlinqə tikilib.

250 metr yüksəkliyindəki hazırlanan bina öncə, Fransanın paytaxtı Parisdəki Zəfər Bijüteriyası hesab edilən "Arc da Triomphe"yə bənzədilib.

Daha sonra isə konstruksiyanın şalvara bənzədiyinə dair şaiyələr artmağa başladı.

"Shanghai Daily" qəzeti "Bu yalnız bir şalvarmı?' başlıqlı yazı nəşr edib. Ölkənin ən böyük xəbər agentliyi olan "Xinhua" isə "Nəhəng göydələn "şalvar" olaraq markalaşdı" adlı informasiya yayıb..

Bianın bu il sonunda tamamlanması planlaşdırılır.

PUDİNQİ XATIRLADIR

Pekindəki Phoenix Beynəlxalq Media Mərkəzi isə şüşə və metal dalğaları ilə diqqət çəkir. Daily Mailin xəbərinə görə 55 metr hündürlüyü, 65 min kvadrat metrlik əhatəsi olan binanın bu il açılması planlaşdırılır.

Çinlilər ofis, restoran və Phoenix TV və bir çox mərkəzlərin yerləşəcəyi binanı pudinqə bənzədir.