Mişel Obama amerikalıları coşdurdu və ağlatdı - VİDEO

5 Sentyabr 2012 17:18 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-nin birinci xanımı Mişel Obama Demokrat Partiyasının qurultatındakı çıxışı amerikaları coşdurub. Çoxları bu çıxışdan sonra göz yaşlarını saxlaya bilməyərək ağlayıb.

Mişel bildirib ki, onun həyat yoldaşının uğuru pulla ölçülməz və "Ağ Ev" illərdir, sevdiyi kişini dəyişə bilməyib. Xəbərə əsasən, Barak Obama da bu çıxışdan sonra göz yaşlarını saxlaya bilməyərək ağlayıb.

Keçmiş xatirələrini yada salan birinci xanım ərinin çətin günlərindən danışıb: "Barak üçün uğur pulla ölçülmür. Onun uğuru insanların həyatının yaxşılaşmasıdır".

Mişel Obama daha sonra bildirib: "Biz ona inanmalıyıq. Mən onda bir xasiyyəti də daha çox sevirəm ki, əgər o bir şeyi etmək istəsə, bütün çətinliklərə baxmayaraq o, bunu edəcək"

Bu arada rəy sorğuları Barak Obamanın nüfuzunun endiyini göstərir. Sorğulara əsasən, amerikalıların təxminən 54 faizi indiki dövlət başçısının siyasətini dəstəkləmir.