Əvəz Zeynallının həbs müddəti uzadıldı

13 Aprel 2012 20:46 (UTC+04:00)
"Xural" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 1 ay uzadılıb. Bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib. Vəkil dünən Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə istintaq tərəfinin verdiyi vəsatətin təmin olunduğunu və həbs-qətimkan tədbirinin 1 ay müddətinə uzadıldığını deyib.  Qeyd edək ki, istintaq tərəfi Ə. Zeynallı barəsində olan həbs-qətimkan tədbirinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət edib. Onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti aprelin 20-də başa çatırdı. Məhkəmənin növbəti qərarı ilə müddət mayın 20-dək uzadılıb.  Əvəz Zeynallının barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, hazırda istintaq davam etdirilir.