Azərbaycan prezidenti Bakıda aparılan yenidənqurma və abadlıq işlərinə 20 milyon manat ayırıb
6 Sentyabr 2012 11:43 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Bakı
şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə,
sərəncamda bildirilir ki, Bakı şəhərində aparılan yenidənqurma və
abadlıq işlərinin davam etdirilməsi üçün 2012-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin
ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 20,0 (iyirmi)
milyon manat vəsait ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək
tapşırılıb.