"Erməni diasporunun Ramil Səfərovla bağlı Türkiyəni ittiham etməsini heyrətlə izləyirik"
6 Sentyabr 2012 13:34 (UTC+04:00)
"Budapeştdə NATO-nun təlim proqramı sırasında
erməni zabiti Qurgen Markaryanı öldürdüyü üçün ömürlük həbsə məhkum
olunan və bu yaxınlarda Macarıstan tərəfindən Azərbaycana
ekstradisiya edilən Ramil Səfərovun Azərbaycan prezidenti, hörmətli
İlham Əliyev tərəfindən əfv edilməsindən hiddətlənən ABŞ-dakı
erməni diasporunun etirazlarını Türkiyəyə yönəltməsini heyrətlə
izləyirik".
APA-nın xəbərinə görə, bu sözləri
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Səlcuq Ünal
jurnalistlərin sualına cavabında deyib. O bildirib ki, Türkiyə bu
prosesin heç bir mərhələsində iştirak etməyib: "Türkiyənin əsassız
iddiaların hədəfi halına gətirilməsi hər platformada Türkiyə
əleyhdarlığını ənənəyə çevirmiş pis niyyətli dairələrin yeni
qarayaxma kampaniyasıdır".