Bakının bəzi mərkəzi yolları bağlanılıb

6 Sentyabr 2012 13:58 (UTC+04:00)

Təmir-yenidənqurma işləri ilə əlaqədar Bakının bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, Yasamal rayonu ərazisində Qələbə dairəsindən Abdulvahab Salamzadə küçəsi istiqamətində, həmçinin H.Zərdabi prospektinin cənub istiqamətində asfalt örtüyü yeniləndiyindən yol bağlanıb.

Qeyd olunan küçələrə doğru hərəkət edən avtonəqliyyat vasitələrinin sürücülərinə alternativ marşrut seçmələri tövsiyə olunur. 
Qeyd edək ki, A.Salamzadə küçəsi və H.Zərdabi prospektlərinin 1 hərəkət zolağı vaxtaşırı olaraq açılır.