“2025-ci ildə Azərbaycanda qaz hasilatı 40 mlrd. kubmetrə çatacaq”

6 Sentyabr 2012 15:48 (UTC+04:00)
Azərbaycanda təbii qaz istehsalı 2025-ci ildə 40 mlrd. kubmetrə çatacaq.
"APA-ECONOMICS"in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən "Neft-qazçıxarmada yeni texnologiyalar" II Beynəlxalq elmi-təcrübi konfransında bildirib.
Onun sözlərinə görə, laylara vurulan qaz istisna olmaqla 2015-ci ildə qaz hasilatı 20 mlrd. kubmetrə, 2025-ci ildə 40 mlrd. kubmetrə çatacaq: "Bu, regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolunu daha da artıracaq".