Azərbaycan məktəblərində FLEX proqramina imtahanlar başlayir

6 Sentyabr 2012 16:16 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Azərbaycanda – Amerika məktəblərində tamamilə ödənişsiz əsaslarla təhsil almaq və orada yaşamaq imkanı verən mübadilə proqramına müsabiqə gələn həftədən etibarən başlayır.

Amerika Beynəlxalq Təhsil Şurası (ACTR/ACCELS) tərəfindən həyata keçirilən və Azərbaycan Təhsil Nazirliyi, eləcə də, Amerika Dövlət Departamenti tərəfindən dəstəklənən FLEX proqramı 20 ildir ki, Azərbaycan və Azərbaycan mədəniyyətini Amerikanlarla bölüşən yeganə imkandır.

Qaliblər 2013-2014-ci il tədris ilində Amerikada təhsil almaq üçün Azərbaycan Respublikasının hər yerindən seçilir. Qaliblər Amerikaya gediş-gəliş bileti əldə etməklə yanaşı gündəlik vəsait üçün təqaüd də alacaqlar.

Bu il 1 yanvar 1996-cü il və 15 iyul 1998-cı il arasında anadan olmuş, hal hazırda 9-cu, 10-cu və 11-ci siniflərdə oxuyan, daha əvvəl 5 il müddətində 3 aydan artıq ABŞ-da yaşamayan və Azərbaycan vətəndaşı olan bütün şagirdlər proqramda iştirak edə bilər. Fiziki məhdudiyyətli şagirdlər də müsabiqəmizdə iştirak edə bilərlər (15 mart 1995-cü il və 15 İyul 1998-cı il arası tarixlərində anadan olan, 8, 9, 10 və 11-ci sinif şagirdləri).

Müsabiqə bütünlüklə 3 (üç) mərhələdən ibarətdir. İlk mərhələ altı şəhərdə yeddi müxtəlif tarixdə keçiriləcək və şagirdlər 15 dəqiqəlik İngilis dili testindən imtahan verəcəklər. (Aşağıdakı cədvələ baxınız). İkinci mərhələ adətən birinci mərhələ imtahanından sonrakı, növbəti gündə keçirilir. Şagirdlər birinci mərhələ imtahanına gələrkən özləri ilə:

- doğum haqqında şəhadətnamə (metrka) və ya şəxsiyət vəsiqəsinin əsli,

- 3x4 sm ölçüdə 1 ədəd (yeni) şəkil və

- qələm gətirməlidirlər.

-

Hər şagird il ərzində ancaq bir dəfə imtahan verə bilər. İmtahan bütün yerlərdə saat 09:00-da başlayır və qeydiyyata 08:30 da start verilir.

Tarix

Saat

Həftənin Günü

Keçiriləcəyi yer

19.09.2012

09:00

Çərşənbə

Lənkəran – Məktəb # 4

25.09.2012

09:00

Çərşənbə axşamı

Şəki – Məktəb # 20

28.09.2012

09:00

Cümə

Mingəçevir – Məktəb # 10

04.10.2012

09:00

Cümə axşamı

Gəncə– Məktəb # 5

09.10.2012

09:00

Çərşənbə axşamı

Naxçıvan – Məktəb # 7

13/14.10.2012

09:00

Şənbə/Bazar

Bakı – Məktəb # 23


Təşkilatçılar FLEX proqramı və imtahanlar barədə əlavə məlumat almaq istəyənlərin (012) 436-75-29/30/31-ə və ya (050) 225 81 78 nömrələrinə zəng etməsini və aşağıdakı linkə daxil olmalarını təklif edir.

http://apps.americancouncils.org/FLEX;  http://americancouncils.az