İlham Əliyev İndoneziyaya gedəcək

6 Sentyabr 2012 17:36 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin bu il noyabrın sonunda İndoneziyaya rəsmi səfəri gözlənilir.

Bu barədə Azərbaycanın İndoneziyadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev məlumat verib. Səfir deyib ki, sentyabrın ortalarında İndoneziyanın iqtisadi kooperasiya nazirinin Bakıya səfəri planlaşdırılır. Bu səfər zamanı iki ölkə arasında imzalanacaq sənədlər, müqavilələr hazırlanmalıdır.