Putinn uçdu və quşlara istiqamət göstərdi

6 Sentyabr 2012 18:32 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Rusiya lideri Vladimir Putin, nəsili tükənmə təhlükəsində olan quşlara köç yolunda rəhbərlik etmək üçün uc idi.

Rusiya Dövlət Başçısı Vladimir Putin, nəsili tükənmə təhlükəsində olan Sibirya durnalarına Yamaldan Sibiryaya olan köç səfərində yardım etdi.

Nəsili tükənmə təhlükəsində olduğu üçün Kuşevatda xüsusi nəzarət altında yetişdirilən durnalar, ilk köç səfərinə dünən çıxdı.

Ağ paltar geyinən Putin isə doğru istiqamətdə a bilmələri üçün quşlara rəhbərlik edib. Mindiyi motorlu hava vasitəsi ilə təbiətə buraxıldıqları ilk andan etibarən quşlara yoldaşlıq edən Putin, uçuşun ardınca dövlət televiziyasına verdiyi şərhdə, "Bu möcüzədir, qəti qorxmadılar" dedi.

Putin, Rus xəbər agentliklərinə bu uçuş üçün il yarım hazırlıq etdiyini açıqladı.

Pilot Igor Nikitin isə Putinin motorlu hava vasitəsi ilə 17 saat uçuş dərsi aldığını açıqladı.

Sibirya durnaları soyu tükənməkdə olan növlər siyahısının ən üst sıralarında var.

İctimai iş görməyə çalışan Putin, daha əvvəl mütəxəssis qruplarla Sibirya pələngi və qütb ayısı ilə əlaqədar işlərə şəxsən qatılmışdı.