Pan Gi Mun Dağlıq Qarabağ sülh prosesinin davam edəcəyinə ümid edir

7 Sentyabr 2012 11:24 (UTC+04:00)
BMT baş katibi Pan Gi Mun azərbaycanlı zabit Ramil Səfrəovun əfvi ilə bağlı hadisələrin inkişafından təəssüfləndiyini bildirir və bunun Dağlıq Qarabağda sülh nizamlanması prosesinə mane olmayacağına ümid edir. APA-nın məlumatına görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Martin Nesirki məlumat verib.
"Biz ümid edirik ki, bu məsələ Dağlıq Qarabağ sülh prosesinə və tərəflər arasındakı inama mane olmayacaq. Dağlıq Qarabağ münaqişəsinin sülhlə nizamlanmasının alternativi yoxdur. BMT cinayət işlərində cəzasızlıqla mübarizə və məsuliyyətə cəlb olunma üçün təşkilata daxil olan ölkələrin beynəlxalq standartlara və qanunun tələbləri prinsiplərinə riayət etmək məsuliyyəti daşıdıqlarını vurğulayır", deyə Nesirki keçirdiyi brifinqdə bildirib.