99 saylı məktəbin şagirdi qızıl medalın sahibi oldu

25 May 2015 17:46 (UTC+04:00)

Ümummilli lider Heydər Əliyevin 92-ci il dönümünə həsr edilmiş şahmat üzrə təsnifat turnirinin nəticələri məlum oldu. Bakı Şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbində baş tutan 9 günlük yarışda qızlar arasında qızıl medalın sahibi Bakı şəhəri Binəqədi rayonu 99 saylı məktəbin 2-ci sinif şagirdi Abbaslı Nəzrin olub. Aynur Fərzəliyeva və Bağırova Nəzrin isə müvafiq olaraq ikinci, üçüncü yerləri bölüşüblər. Qaliblər medal və diplomlarla təltif ediliblər.

Xatırladaq ki, yarışda Bakının 10 məktəbindən 200-dən çox məktəbli iştirak edib.