Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini vəzifəsindən uzaqlaşdırıb

7 Sentyabr 2012 12:10 (UTC+04:00)
Ermənistan prezidenti Serj Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, general-leytenant Arşalyus Paytyanı vəzifəsindən uzaqlaşdırıb.APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, S. Sarkisyan sentyabrın 6-da bu barədə fərman imzalayıb. Generalın hansı səbəbdən işdən çıxarıldığı açıqlanmayıb.