Bəşər Əsəd Rusiyaya qaçmağa hazırlaşır

7 Sentyabr 2012 13:56 (UTC+04:00)

Suriyada dövləti tabeliyində olan "Hələb TV"-nin keçmiş rəhbəri və prezident sarayının mətbuat ofisinin üzvü olan Abdulla Əl Ömər ölkədən qaçıb və maraqlı iddia irəli sürüb.

ANN.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrail kanallarının birinə müsahibə verən Ömər Bəşər Əsədin Rusiyaya qaçmaq üçün hazırlıqlar gördüyünü bildirib.

Onun dediyinə görə, Rusiyada Əsəd və onun yüksək-rütbəli rəsmiləri üçün 300-dən çox mənzil hazırlanıb.

Suriya hökumətindən bir neçə gün əvvəl üz döndərən jurnalist Bəşər Əsəd və rus rəsmiləri arasındakı görüşlər haqda bildiyi məlumatları açıqlayacağını bildirib.