Azərbaycanlı müğənnilər “Lenin” və “İvan Qroznı” ilə görüşüb – FOTOSESSİYA - VİDEO

13 Aprel 2012 13:19 (UTC+04:00)

Müğənni Roza Zərgərli və "Xalq ulduzu 5" müsabiqəsinin iştirakçısı Xəlil Qaraçöp "Zəhmətkeş ulduzlar" verilişinin iştirakçısı olublar. Movqe.Az xəbər portalının məlumatına görə, bu veriliş Azərbaycanda yox, Moskvanın Tver əyalətində lentə alınıb. Bu barədə Movqe.Az-a müğənni R.Zərgərlinin mətbuat katibi Yeganə Rzaxanova məlumat verib. Y.Rzaxanova, cütlüyün başlarına gələn sərgüzəştlərindən danışıb: "Veriliş ərzində onlar fermer və aşpaz rolunda öz məharətlərini göstəriblər. Yerli əhali ilə çox sıx əlaqədə olan müğənnilər, onlarla məşhur rus rəqsi olan "Yabloçko"nu da oynayıblar.Hətta, cütlük Moskvada "Lenin" və "İvan Qroznı" ilə şəkil çəkdirdiriblər. Amma sən demə bizim bu "Lenin" gürcü azərbaycanlısı imiş", - Y.Rzaxanova dedi.


Qeyd edək ki, veriliş 15 aprel tarixində "Space" telekanalında yayımlanacaq. Verilişin aparıcısı səhnəmizin "Keyxanımı", aktrisa Ülviyyə Əliyevadır. Baş rejissor Xamis Xanlaroğlu, quruluşçu rejissor isə Siyavuş Hüseynli və prodüser Nurlan Əliyevdir.


Fuad Mədətov