Bu gün Londonda Paralimpiya oyunları başa çatır

9 Sentyabr 2012 20:54 (UTC+04:00)
Bu gün Londonda Paralimpiya oyunları başa çatır və axşam oyunların başa çatması ilə bağlı təntənəli mərasim olacaq. ANS PRESS qərb mətbuatına istinadən bildirir ki, on minlərlə insan mərasimi görmək üçün küçələrə axışacaq.
Qeyd edək ki, Azərbaycan idmançıları bu oyunlarda çıxışlarını artıq bitiriblər, 4 qızıl, 5 gümüş və 3 bürünc medal əldə ediblər. Ümumiyyətlə bu yarışlarda Çin idmançıları 95, Rusiya idmançıları 35, Britaniya idmançıları isə 32 qızıl medal əldə ediblər.
ANS PRESS "azerisport.com"a istinadən bildirir ki, bağlanış mərasimində Azərbaycanın bayrağını açılışda olduğu kimi dzüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev aparacaq. Londonda o, bürünc medal qazanıb.