Azərbaycan MTN-in iki əməkdaşını maşın vurub, onlardan biri ölüb
10 Sentyabr 2012 12:24 (UTC+04:00)
Azərbaycan Milli Təhlükəsizlik
Nazirliyinin əməkdaşlarını maşın vurub.
Bu barədə APA-ya Səbail Rayon
Polis İdarəsindən bildirilib.
Hadisə sentyabrın 8-də MTN-in binası qarşısında baş verib. Bakı
şəhər sakini, 1957-ci il təvəllüdlü Eldar Hüseynov idarə etdiyi
"Toyota" markalı avtomobillə nazirliyin əməkdaşları -1984-cü il
təvəllüdlü Zülfiyyə Ələsgər qızı Nəsirova və 1988-ci il təvəllüdlü
Kəmalə Əhliman qızı Cavadovanı vurub. Nəticədə piyadalardan Z.
Nəsirova hadisə yerindəcə keçinib. Digər piyada K. Cavadova isə
ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən sürücü şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.