Sahibkarlq subyektləri ilə görüş bu dəfə Sumqayıtda baş tutdu

10 Sentyabr 2012 17:32 (UTC+04:00)

"İqtisadi Resursların Öyrənilməsi" İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "sahibkarlıq subyektlərinn sosial problemlərin həllinə cəlbi" layihəsi çərçivəsində yerli sahibkarlq subyektləri üçün  "Korporativ Sosial Məsuliyyəti"  adlı seminar keçirmişdir. Tədbirdə QHT sədrləri və əməkdaşları, yerli sahibkarlarlıq subyektləri, dövlət və özəl universitetlərin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdi.

Tədbiri giriş sözü ilə MQF-nin Sumqayıt koordinasiya mərkəzinin sədri Mübariz Quliyev açaraq layihə çərçivəsindəki birgə əməkdaşlıqdan məmnunluq hissi keçirdiyini vurğulayaraq hər kəsə müvəffəqiyyətlər arzuladı. Daha sonra sözü Milli QHT Forumunun rəhbəri Rauf Zeyni alaraq tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirərək Sumqayıt şəhərini təmsil edən bütü sahibkarları salamladı. Daha sonra sözü  "İqtisadi Resursların Öyrənilməsi" ictimai birliyinin sədri Ruslan Atakişiyev alaraq layihə haqqında qısa məlumat verdi. O, həmçinin layihə çərçivəsində nəşr etdirilən "Biznesin Sosial Məsuliyyəti" adlı kitab haqqında da danışdı. Ardınca  Ruslan Atakişiyev seminarın əsas hissəsinə keçid alaraq biznesin sosial məsuliyyətinə yanaşmalar, KSM-in əhatə etdiyi sahələr,  korporativ sosial məsuliyyət- biznesin sosial fəaliyyətinin başlıca formasi kimi, KSM sahəsində beynəlxalq təcrübə və əməkdaşlıq, Azərbaycanda biznesin sosial məsuliyyət təcrübəsi, mövcud vəziyyət və perspektivlər mövzularında çıxış etdi.  Görüş qarşılıqlı fikir mübadilələri və fəal iştirakçı aktivliyi şəratində keçdi.