Qiyamət Sığınacağı - FOTOLAR

10 Sentyabr 2012 17:57 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-da qiyamət günündən qorunmaq üçün sığınacaq inşa edilir. ABŞ-ın Kanzas əyalətində soyuq müharibə dövründən qalma anbarların olduğu bölgədə qiyamət günündən qorunmaq üçün xüsusi bir bina inşa edilir.

Yerin 53 metr dərinliyinə qədər enəcək bina, 14 mərtəbəli olacaq. 7 mərtəbəsi ev olaracaq tikintinin kino salonu, hovuz və kitabxana kimi hissələr də olacaq

Liftlər barmaq izi ilə işləməli olan binada 70 adamın tərəvəz və balıq yetişdirərək sağ qala biləcəyi və binanın bir mərtəbəsinin 2 milyon dollardan (1 milyon 570 min manat) satışa çıxarılacağı deyilir.

Layihəni icra edən Larri Hall döyüş zamanı, günəşdəki partlamalar, iqtisadi çöküş və qida çətinliyi ilə terror hücumlarından qorxanların layihəyə maraq göstərdiklərini söyləyib.

Hall, avqust ayında bütün n mərtəbələri satmağı ümid etdiyini açıqlayıb.