Macarıstan xarici
işlər naziri Ramil Səfərovun beynəlxalq normalara uyğun Azərbaycana
ekstradisiya edildiyini və sırf hüquqi xarakter daşıdığını
vurğulayıb. Yanoş Martoni Ermənistanın Macarıstanla diplomatik
əlaqələrin dayandırılması barədə qərarından da təəssüfləndiyini
bildirib: "Bu iki xalqı min illər ərzində ənənəvi dostluq
münasibətləri və xristian dəyərləri bağlayır. Diplomatik əlaqələrin
dayandırılması Ermənistanın maraqlarına cavab verməyən ciddi
nəticələrə yol aça bilər".
Yanoş Martoni ATƏT-in Azərbaycan-Ermənistan münaqişəsinin həllinin
axtarılması yönündə səylərini də dəstəklədiklərini qeyd edib. O,
Macarıstanın Ermənistanla əlaqələrin inkişafında maraqlı olduğunu
və dostluq münasibətlərinin bərpası üçün ikitərəfli səyləri bərpa
etməyə çağırıb.